Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 12:58
Gürcüstan regionda sülh və sabitliyə töhfə verməyə hazırdır və bu baxımdan səylərini əsirgəməyəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla birgə mətbuata açıqlamasında deyib.
O, Gürcüstanın regionda əməkdaşlığın inkişafı ilə bağı çox müsbət dinamikadan məmnun olduğunu bildirib.
"Biz hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında Ermənistanla Azərbaycan arasında tarixi sülh sazişinin paraflandığını vurğuladıq. Bu müsbət tendensiyalar bölgəmizdə süh və sabitliyi təmin etmək üçün birgə işləmək üçün çox yaxşı zəmin yaradır", - Kobaxidze əlavə edib.
Cəmilə Babayeva Kobaxidze Gürcüstan sülh səyləri