Xamenei ilə vida mərasiminin təxirə düşməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Tarix: 04 Mar 2026 15:16

Xamenei ilə vida mərasiminin təxirə düşməsinin səbəbi açıqlanıb.

APA xəbər verir ki, bu barədə Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurası məlumat yayıb.

İranın hər yerindən çoxsaylı müraciətlərin edilməsi, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən Xamenei ilə vida mərasimi təxirə düşüb.

Bildirilib ki, vida mərasimin keçirilməsi üçün şərait hazır olan kimi İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq.

***

14:44

Tehranda Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Tasnim” məlumat yayıb.

Məsələ ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

***

10:48

Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq.

APA xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, vida mərasimi bu gün axşam Tehranda başlayacaq və üç gün 24 saat fasiləsiz davam edəcək.

Vida mərasimi yerli vaxtla saat 22:00-da İmam Xomeyni Müsəllasında başlayacaq.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrailin hava hücumları nəticəsində öldürülüb.

Toğrul Quluzadə İran Xamenei

Xəbər Lenti