Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Tarix: 04 Mar 2026 15:12

Naxçıvanda nazir təyinatı olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul edilib.

Qərara əsasən, Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.

Qeyd edək ki, bu vəzifəyədək Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edib.

Ceyhun Məmmədov

Xəbər Lenti