Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 15:08
İranda nüvə materiallarının olduğu obyektlərdə zədə qeydə alınmayıb.
APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik məlumat yayıb.
“Peyk görüntülərinə əsasən təhlilə görə, İranda nüvə materiallarının olduğu obyektlərdə zədə qeydə alınmayıb və radioloji sızıntı ilə bağlı hələlik risk yoxdur”, - məlumatda bildirilib.
Qeyd edilib ki, İsfahanda nüvə obyektinin yaxınlığında iki binada zədə görünür.
Əlavə edilib ki, Nətənz və Buşehr də daxil olmaqla, nüvə obyektlərində riskli vəziyyət yoxdur.
Toğrul Quluzadə İran AEBA nüvə obyektləri