Müharibə naziri İranın Trampı öldürməyə çalışdığını iddia edib

Tarix: 04 Mar 2026 17:34

Daha böyük dalğalar gəlir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.

Nazir qarşıdakı günlərdə “daha çox və daha böyük dalğaların” gələcəyini qeyd edib. “Biz sadəcə başlayırıq”, - o deyib.

Heqset İran rəhbərliyinin sıradan çıxarıldığını vurğulayıb.

Heqset İranın ABŞ Prezidenti Donald Trampı öldürməyə çalışdığını da iddia edib.

“İran Trampı öldürməyə çalışdı, amma son gülən Tramp oldu. Trampı öldürməyə cəhd edən qurumun lideri izlənib və öldürülüb”, - müharibə naziri bildirib.

İlqar Xudiyev ABŞ müdafiə naziri İran

Xəbər Lenti