NATO: İranın Türkiyəni hədəf almasını qınayırıq

Tarix: 04 Mar 2026 16:51

NATO İrandan Türkiyə istiqamətinə raket atılmasını pisləyib.

APA xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart deyib.

“İranın regionda fərq qoymadan həyata keçirdiyi hücumlar fonunda NATO Türkiyə də daxil olmaqla müttəfiqlərini qətiyyətlə dəstəkləyir”,- Hart bildirib.

Qeyd edək ki, Türkiyə İran tərəfindən atılan raketi öz hava sahəsi yaxınlığında zərərsizləşdirib.

NATO Türkiyə İran

Xəbər Lenti