ABŞ-ın Baş Qərargah Rəisi: İranın daxilinə doğru irəliləməyə başlayırıq, daha dərin zərbələr endirəcəyik

Tarix: 04 Mar 2026 18:46

İranın indiyədək 20-dən çox hərbi gəmisi, çoxlu sayda raket və pilotsuz uçuş aparatları məhv edilib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Kane brifinqdə bildirib.

Onun sözlərinə görə, İranın ballistik raket atışlarında son sutkada 23% azalma qeydə alınıb.

“Onların kamikadze dronlarının hücum isə ilk günlərlə müqayisədə 73% azalıb”, - o bildirib.

Dan Kane müharibənin getdikcə genişləndiyi qeyd edib: “İndi biz daxilə doğru irəliləməyə başlayırıq və İran ərazisinə daha dərin zərbələr endirəcəyik”.

General ABŞ-ın İrana qarşı müharibədə 6 hərbçisini itirdiyini xatırladıb.

İlqar Xudiyev ABŞ İran müharibə itkiləri

Xəbər Lenti