Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 20:54
Braziliyanın İrandakı səfiri Azərbaycan mediasına açıqlama verərək göstərilən dəstəyə görə təşəkkür edib və İrandakı vəziyyət barədə danışıb.
APA-nın cənub bürosunun xəbərinə görə, səfir Andre Veras Guimaraes bildirib ki, Azərbaycan hökuməti təxliyə olunanlara çox kömək edib, vizaların alınması və avtomobilin ölkəyə daxil olması ilə bağlı böyük dəstək göstərilib.
"Mən həyat yoldaşımı və övladımı buraya gətirmişəm. Yaxın zamanda isə yenidən İrana qayıdacağam. Vəziyyət çox çətindir. Hər gün bombardman edirlər. Xüsusilə Tehranda hücumlar çox intensiv və güclüdür. Hökumət obyektləri, ordu və İnqilab Keşikçiləri hədəf alınır. Yaşadığım yerdən çoxlu partlayışların əksini görürdüm. Həqiqətən çox, saysız-hesabsız isi. Ölkə üzrə təxminən 2 minə yaxın hücumun baş verdiyi deyilir”, - səfir qeyd edib.
Qeyd edək ki, bu saata kimi 5 ölkənin diplomatik nümayəndələri Azərbaycan ərazisinə təxliyə olunub.
İlkin Rzayev
