Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq

Tarix: 05 Mar 2026 13:08

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə milliləşdirilməsi və ya dövlət tərəfindən alınması Azərbaycan Respublikasının qanunları ilə həyata keçiriləcək.

Firuzə Vahid strateji investisiyalar

Xəbər Lenti