Azərbaycan lideri: Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar

Tarix: 05 Mar 2026 16:17

"Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar".

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi", - Prezident deyib.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurası İran

Xəbər Lenti