Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 16:59
İordaniya İranın Azərbaycana dron hücumlarını qınayıb.
APA xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İordaniya XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini ən sərt şəkildə pisləyib, iki ölkənin suverenliyinin kobud şəkildə pozulmasını, regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiya təşkil edən bu hücumları rədd etdiyi və qınadığı vurğulanıb.
“İordaniya qardaş Türkiyə Respublikası və qardaş Azərbaycan Respublikası ilə tam həmrəydir. Onların suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün atdığı bütün addımları dəstəkləyir”, - bəyanatda qeyd olunub.
İordaniya Azərbaycan qınama dron hücumu