Ərdoğan Prezident İlham Əliyevə zəng vurub, Azərbaycana dəstəyini ifadə edib

Tarix: 05 Mar 2026 19:16

Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

Dövlət başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Prezident İlham Əliyev Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan

Xəbər Lenti