Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 19:00
Martın 5-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib.
Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.
İranlı nazir Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib.
İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib.
İran xarici işlər naziri yaralanan mülki şəxslərə şəfa diləyib.
İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov XİN İran Seyid Abbas Əraqçi