BMT-nin Bakı nümayəndəliyi Naxçıvandakı dron hücumlarına münasibət bildirib

Tarix: 05 Mar 2026 20:30

BMT-nin Azərbaycandakı nümayəndəliyi Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarına münasibət bildirib. APA xəbər verir ki, qurum yaralanan şəxslərin tezliklə sağalmasını arzulayır. “Qəlbimiz bu gün Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarından zərər çəkənlərin yanındadır. BMT-nin Azərbaycandakı nümayəndəliyi yaralanan dörd nəfərin tezliklə sağalmasını arzulayır”, – deyə bəyanatda qeyd olunub.

Xəbər Lenti