Qırğız Nazirlər Kabinetinin sədri Əli Əsədovu təbrik edib

Tarix: 16 Feb 2024 18:38

Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Əli Əsədova zəng edib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı Azərbaycan ilə Qırğız arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər həmçinin Azərbaycan-Qırğız qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

Xəbər Lenti