Azərbaycan və Moldova XİN rəhbərlərinin geniş tərkibli görüşü keçirilib - YENİLƏNİB-1

Tarix: 06 Mar 2026 12:30

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniş tərkibli görüş keçirilib.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Nazirlər Yaxın Şərqdə qeyri-sabit vəziyyətə toxunublar.

Ceyhun Bayramov 5 mart 2026-cı il tarixində İranın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirdiyi dron hücumlarının hava limanı və məktəb də daxil olmaqla, mülki infrastruktura ziyan vurması və mülki şəxslərin yaralanması ilə bağlı ciddi narahatlığını ifadə edib.

Həmçinin Ceyhun Bayramov moldovalı həmkarına Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses barədə də məlumat verib.

***

12:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında təkbətək görüş keçirilir.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

***

12:00

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qarşılayıb.

APA xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Firuzə Vahid Ceyhun Bayramov Mixay Popşoi

Xəbər Lenti