Cümə, 6 Mart, 2026
Tarix: 06 Mar 2026 12:05
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.
APA xəbər verir ki, tərəflər bununla siyasi dialoqun möhkəmləndirilməsinə, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və Azərbaycanla Moldova arasında tərəfdaşlığın təşviqinə sadiqliklərini təsdiqləyib.
Sənəd Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi tərəfindən imzalanıb.
Firuzə Vahid Ceyhun Bayramov XİN Moldova