XİN rəhbəri: Dünyanın bu vəziyyətində Azərbaycan və Moldova birlikdə olmalıdır

Tarix: 06 Mar 2026 13:34

Azərbaycan-Moldovanın ikitərəfli münasibətlərinin çox yaxın olduğunu sübuta yetirmişik. APA xəbər verir ki, bunu Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşo Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, ölkələr arasında ötən il kəşfiyyat məlumatlarının paylaşması ilə bağlı sənəd də imzalanıb: “Dünya daha sakit ola bilər, amma hazırda belə deyil. Bu şəraitdə Azərbaycan və Moldova kimi ölkələr birlikdə olmalıdır. Bizim aramızda dostluq güclüdür, biz Azərbaycan və Moldova arasında münasibətlərin daha da inkişafı üçün işləri davam etdirəcəyik”.

Firuzə Vahid

Xəbər Lenti