Cümə, 6 Mart, 2026
Tarix: 06 Mar 2026 13:32
Azərbaycan və Moldova qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
APA xəbər verir ki, bunu Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Cənubi Qafqazda sülhün olması Moldovanın marağındadır.
Eyni zamanda, Moldova xarici işlər naziri Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib.
Firuzə Vahid