Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək

Tarix: 06 Mar 2026 13:42

“Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi".

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Qətərdə qalan Azərbaycan vətəndaşları var idi: “7 martda Qətərdə qalan vətəndaşlarımız Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə də qalan insanlar var, onların da hamısının Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır”.

Firuzə Vahid təxliyə Ceyhun Bayramov Qətər Ciddə

Xəbər Lenti