TDT xarici işlər naziri İstanbulda görüşəcək

Tarix: 06 Mar 2026 15:16

Sabah İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

APA xəbər verir ki, iclasa Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qatılacaq.

Təşkilat daxilində baş verən son hadisələr və qarşıdakı dövrdə atılacaq addımlar dəyərləndiriləcək, aktual qlobal və regional problemlərə dair hərtərəfli məsləhətləşmələr aparılacaq.

İclasda Türk dünyasının ABŞ-İsrail və İran arasında davam edən müharibəyə, üçüncü ölkələri hədəfə alan hücumlara son qoyulması və diplomatiyaya yol açması istiqamətində ortaq mövqe nümayiş etdirməsinin əhəmiyyətinin vurğulanması gözlənilir.

TDT Türk dünyası

Xəbər Lenti