Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 16:00
İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.
APA-nın cənub bürosunun xəbərinə görə, son saatlarda İrandan Azərbaycan sərhədi ilə 40-dan çox şəxs təxliyə olunub. "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 24 nəfər Çin vətəndaşı, 3 İran əsilli Kanada vətəndaşı, 6 Rusiya, 6 Pakistan, 2 İspaniya və 2 İngiltərə vətəndaşı Azərbaycan ərazisinə daxil olub.
Qeydiyyat prosedurundan sonra onlar təyinat istiqamətlərinə yola salınıblar.
İlkin Rzayev İran Azərbaycan sərhədi təxliyə






