Çexiyanın İrandakı səfiri: Azərbaycanın dron hücumuna məruz qalmasına görə çox üzgünəm

Tarix: 06 Mar 2026 17:44

Çexiyanln İrandakı səfiri İran tərəfindən Azərbaycanın mülki obyektlərinin dron hücumuna məruz qalmasına münasibət bildirib.

APA-nın cənub bürosunun xəbərinə görə, bu gün Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunan səfir Vitezslav Grepl Azərbaycanın sülhpərvər ölkə olduğunu vurğulayb və baş verən hadisələrdən çox təəssüfləndiyini qeyd edib:

"Buna görə çox təəssüf edirəm. Əvvəllər Azərbaycanda olmuşam. Azərbaycan sülhsevər ölkədir. Belə bir hücumun baş verməsinə heç bir səbəb görmürəm. Buna görə həqiqətən çox üzgünəm".

İlkin Rzayev Çexiya İrandakı səfir Azərbaycana dron hücumu

Xəbər Lenti