Şənbə, 7 Mart, 2026
Tarix: 06 Mar 2026 22:13
Polşa İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçan PUA hücumunu qətiyyətlə pisləyir.
APA xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.
“Bu hərəkət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün, eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulması, həmçinin regionda gərginliyin artmasına səbəb olur. Biz Azərbaycanın mülki əhalisini və infrastrukturunu təhdid edən bu cür hərəkətləri tamamilə qəbuledilməz hesab edirik”, - paylaşımda deyilir.
Firuzə Vahid