Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib

Tarix: 06 Mar 2026 22:03

Bu gün axşam saat 18:00-dan 21:00-dək 210 nəfərin Astara dövlət sərhəd buraxılış məntəqəsindən keçidi təmin olunub.

APA-nın cənub bürosunun xəbərinə görə keçənlərdən 2 nəfəri Azərbaycan diplomatlarıdır.

Bundan başqa Rusiyadan 18 (3 diplomat), Çindən 31, Böyük Britaniyadan 6, Kanadadan 5, Pakistandan 24, Tacikistandan 30, Türkiyədən 1, Qazaxıstandan 1, Çexiyadan 3 (3 diplomat), Özbəkistandan 4, Kiprdən 2, Belçikadan 2, Şri-Lankadan 6, Omandan 12, Latviyadan 1, Küveytdən 4, Bəhreyndən 4, İsveçrədən 1, İrandan 5, Misirdən 1, Avstraliyadan 1, Gürcüstandan 1, Finlandiyadan 3, Konqodan 10, İndoneziyadan 32 nəfərin keçidi təmin olunub.

İlkin Rzayev

Xəbər Lenti