Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Tarix: 07 Mar 2026 08:58

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-dən APA-ya verilən məlumata görə, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə gedib.

Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Ceyhun Bayramov XİN Türkiyə

Xəbər Lenti