Şənbə, 7 Mart, 2026
Tarix: 07 Mar 2026 15:05
Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə davam edir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Avstriyanın İrandakı səfiri Friedrich Stift və səfirlik əməkdaşları Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub.
Səfir media nümayəndələrinə açıqlamasında beş nəfərdən ibarət heyətin təxliyə olunduğunu bildirib və Azərbaycan tərəfinə bu köməyə görə təşəkkürünü çatdırıb. O, sərhəddə çox mehriban qarşılandıqlarını qeyd edib.
Təxliyə prosesi xüsusi təhlükəsizlik qaydalarına uyğun və mərhələli şəkildə həyata keçirilir.
İlkin Rzayev İran Azərbaycan sərhədi təxliyə


