Şənbə, 7 Mart, 2026
Tarix: 07 Mar 2026 19:34
İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası başlayıb.
APA xəbər verir ki, iclasa Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan sədrlik edir.
İclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN rəhbərləri və TDT Baş katibi iştirak edir.
Firuzə Vahid