Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Tarix: 07 Mar 2026 19:31

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, görüş zamanı Azərbaycan–Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn regional və beynəlxalq əməkdaşlıq perspektivləri, post-münaqişə dövründə regiondakı vəziyyət, eləcə də regional təhlükəsizlik sahəsində yaranan yeni çağırışlar müzakirə olunub.

***

16.29

Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirlər Şurasının qeyri-rəsmi iclası çərçivəsində görüşüb.

Firuzə Vahid Türkiyə xarici işlər naziri Hakan Fidan Ceyhun Bayramov TDT

Xəbər Lenti