Ceyhun Bayramov TDT XİN Şurasının iclasında İranın Azərbaycan və Türkiyəyə hücumlarını pisləyib

Tarix: 07 Mar 2026 19:52

Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən qeyri-rəsmi iclasında Yaxın Şərqdə baş verən son hadisələrdən danışıb.

APA-nın xəbərinə görə, Ceyhun Bayramov təhlükəsizlik mühitində artan gərginliklə bağlı ciddi narahatlığını ifadə edib.

O, Türkiyə ərazisinə yönəlmiş raket atışını və İran tərəfindən Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumlarını qətiyyətlə pisləyib.

Ceyhun Bayramov çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik şəraitində ölkələrimiz arasında həmrəyliyin, koordinasiyanın əhəmiyyətini vurğulayıb.

O, TDT-nin siyasi dialoqun möhkəmləndirilməsində, iqtisadi tərəfdaşlığın genişləndirilməsində və bütün Türk dünyasında regional əlaqələrin inkişafında əhəmiyyətli rolunu vurğulayıb.

İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq və iki dövlətli həllinə Azərbaycanın prinsipial dəstəyi növbəti dəfə təsdiq edilib.

Nazir Azərbaycan-Ermənistan sülh prosesinə də toxunub, 8 avqust 2025-ci il Vaşinqton sammitindən sonra Azərbaycanın Cənubi Qafqazda normallaşma və davamlı sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib və münasibətlərin tam normallaşması və davamlı sülhün bərqərar olması üçün hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb.

Firuzə Vahid Ceyhun Bayramov TDT

Xəbər Lenti