Ukraynalı nazir: Müharibə nəticəsində ölkəmizin infrastrukturuna zərərin dəyəri daha da artıb

Tarix: 17 Feb 2024 18:09

Son iki ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində ölkənin infrastrukturuna vurulan zərərin dəyəri daha da artıb.

Bunu Münxen Təhlükəsizlik Konfransında içtirak edən Ukraynanın infrastruktur və yenidənqurma naziri Oleksandr Kubrakov APA-nın Münxenə ezam olunmuş müxbirinə açıqlamasında deyib: "Hesab edirəm ki, Ukraynanın yenidənqurulması və bərpası üçün ayırlan xarici yardımları və müharibənin Ukraynaya vurduğu malliyə dəyərini rəqəmlərlə ifadə etsəm daha doğru olar. Bildiyiniz kimi, bu günlərdə Dünya Bankı, Avropa Komissiyası və BMT artıq üçüncü hesabatı təqdim etdilər. Bu hesabat dağıntıların dəyəri ilə bağlı idi. Çox təəssüf ki, son iki ildə vurulan zərərin qiyməti daha yüksəlib, çünki müharibə davam edir. Hazırda bu rəqəm (dağıntıların dəyəri - red.) 500 milyard ABŞ dollarına yüksəlib. Təkcə ölkənin müxtəlif sektorlarına, mənzil, nəqliyyat, sosial infrastruktura dəyən ziyan 150 milyard dollardır. Gördüyünüz kimi bu rəqəm çox yüksəkdir".

Oleksandr Kubrakov əlavə edib ki, hazırda bu çətinliklərin öhdəsindən gəlmək, bərpa etmək çox çətindir.

"Ötən il müttəfiqlərimizin dəstəyi ilə biz sadəcə 7 milyard dollar dəyərində bərpa apara bildik, restavrasiya ehtiyaclarını qarşılaya bildik. Bu rəqəmin demək olar ki, yarısı Ukrayna büdcəsindən idi, 4 milyard dollar isə müxtəlif donorlar, tərəfdaşlar tərəfindən ayrılmışdı. Bu il - 2024-cü il üçün Dünya Bankı ölkədə rekonstuksiya ilə bağlı prioritetlərin dəyərini 15 milyard dəyərləndirib. Mən hazırda təsdiqləyə bilərəm ki, bu rəqəmdən (15 milyard dollar red.) təxminən 5-6 milyard dolları artıq toplamışıq və bu vəsait bərpaya xərclənir", - deyə ukraynalı nazir əlavə edib.

Xəbər Lenti