Niderlandın xarici işlər naziri Azərbaycanla bağlı paylaşım edib

Tarix: 08 Mar 2026 16:47

Niderlandın xarici işlər naziri Tom Berendsom Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri X” hesabında paylaşım edib.

Niderland XİN rəhbəri Naxçıvana edilən son dron hücumlarından sonra Azərbaycana həmrəyliyini ifadə edib və Niderlandın bu hücumu qınadığını qeyd edib.

Tərəflər eyni zamanda gərginliyin azaldılması və təmkinli davranışın vacibliyini müzakirə ediblər. Bildirilib ki, eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır.

Telefon danışığı zamanı həmçinin bölgədə qalmış vətəndaşların təhlükəsiz şəkildə geri qaytarılması məsələsi də müzakirə olunub.

Tərəflər həmçinin regionda qalan və müxtəlif səbəblərlə geri qayıda bilməyən sərnişinlərin təhlükəsiz şəkildə vətənlərinə qaytarılması məsələsini də müzakirə ediblər.

Firuzə Vahid Azərbaycan Naxçıvan aeroportu pilotsuz uçuş aparatı hücumu Ceyhun Bayramov Niderland diplomatik əlaqələr regional təhlükəsizlik Yaxın Şərq gərginliyi beynəlxalq münasibətlər

Xəbər Lenti