Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 08 Mar 2026 19:34
5 ölkədən 16 diplomat Azərbaycana təxliyə olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə axşam saatlarında 5 ölkənin İran İslam Respublikasında fəaliyyət göstərən səfir və səfirlik əməkdaşları İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub. Bunlardan Macarıstan səfiri 7 əməkdaşı ilə, 2 Sloveniya diplomatı, 2 Rumıniya diplomatı, 3 Belçika diplomatı və 1 İsveçrə diplomatı Azərbaycan tərəfə təhlükəsiz təxliyə olunub.
Qeyd edək ki, diplomatlarla yanaşı 7 Çin vətəndaşının də təxliyəsi baş tutub.
İlkin Rzayev












