Çərşənbə axşamı, 10 Mart, 2026
Tarix: 10 Mar 2026 10:28
Ötən ilin mart ayından etibarən Haiti təhlükəsizlik qüvvələrinin cinayətkar qruplara qarşı həyata keçirdiyi dron zərbələri nəticəsində 17-si uşaq olmaqla, 1 200-dən çox insan ölüb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Human Rights Watch”un (HRW) hesabatında bildirilir.
Qeyd edək ki, hazırda ABŞ-ın “Vectus Global” şirkətinin dəstəyi ilə Haiti təhlükəsizlik qüvvələri Port-o-Prens şəhərinin sıx məskunlaşmış rayonlarında kamikadze kvadkopter dronlardan istifadə edərək cinayətkar qruplara qarşı əməliyyatları davam etdirir.
İlqar Xudiyev Haiti ABŞ cinayətkar qruplara qarşı əməliyyatlar