Çərşənbə axşamı, 10 Mart, 2026
Tarix: 10 Mar 2026 12:03
Bir daha Türkiyə və Azərbaycan hava məkanında təxribat görmək istəmirik.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli partiyasının qrup toplantısında çıxışı zamanı deyib.
Bahçeli bu barədə İrana xəbərdarlıq edib. O, həmçinin Türkiyə və Azərbaycan arasında təxribat xarakterli davranışları qətiyyətlə rədd etdiyini bildirib.
“Hər bir ölkə ağıllı davranmalıdır. Türkiyə üzərində qumar oynanacaq bir ölkə deyil. Bunun təxribat, qıcıqlandırma və ya planlı bir addım olub-olmadığını aydınlaşdırmalı olan ölkə İran İslam Respublikasıdır. Biz bunun qəsdən edilən bir addım olmadığına inanmaq və yaxşı qonşuluq münasibətlərimizi qorumaq istəyirik. Lakin ehtiyatlı və ölçülü bir dillə də bildiririk ki, Türkiyə elə bir ölkə deyil ki, istənilən vaxt istənilən tərəf öz istəyi ilə raket ata bilsin və bunu adi hal kimi görsün. Bir daha Türkiyə və Azərbaycan hava məkanında təxribat görmək istəmirik”, – o qeyd edib.
Dəryanur Cəfərova Türkiyə MHP Devlet Bahçeli İran Azərbaycan