Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 15:31
“Azərbaycan belə bir dövrdə sivilizasiya və təhlükəsizlik adası təqdim etdiyi üçün ona təbrik düşür”.
APA xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünyada baş verən və təkcə sülhü deyil, həm də bütün dünyanın sabitliyini və iqtisadi tarazlığını təhdid edən ciddi münaqişələr davam edir.
“Bunlar çox çətin və gücsüzlük hissi yaradan zamanlardır.
Belə bir dövrdə sivilizasiya və təhlükəsizlik adası təqdim etdiyi üçün isə Azərbaycan təbrik olunmalıdır. Xüsusilə də uzun illər davam edən və “dondurulmuş münaqişə” kimi tanınan problemi qonşusu Ermənistanla həll edə bildikdən sonra.
Region üçün hər şey çox ümidverici görünürdü. Sanki köhnə münaqişələri, köhnə nifrətləri, anlaşılmazlıqları, fərqli baxışları və maraqları geridə qoymaq, onları aşaraq ortaq cəhətlərimiz üzərində qurmaq, razılaşa biləcəyimiz məsələlərə əsaslanmaq və çoxluğun rifahı üçün, yalnız bir neçə nəfərin deyil, çoxlarının xeyrinə işləmək mümkün olacaqdı.
Lakin 2026-cı ildə hadisələr yaxşı getmir. Nifrət hissləri yenidən qızışıb və yenidən üzə çıxıb.
Bu çox çətin və gərgin dövrdə keçirilən bu forumdan böyük gözləntilərim var. Ümid edirəm ki, burada səslənən ideyalar dünyanın müxtəlif yerlərində öz gələcəyindən və planetimizin gələcəyindən narahat olan adi insanlara ümid verəcək və vəziyyəti daha pis deyil, daha yaxşı etmək üçün hansı yollarla hərəkət edə biləcəyimizi göstərəcək”, - Latviyanın sabiq prezidenti vurğulayıb.
Toğrul Quluzadə Azərbaycan dünya təhlükəsizlik sabitlik ada