Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 15:28
Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Bu barədə APA-ya Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.
Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.
"Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur", - qeyd olunub.
Firuzə Vahid Dubay Azərbaycan vətəndaşı