Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 17 Mar 2026 15:25
Növbəti köç karvanları Ağdərə rayonuna çatıb.
APA-nın xəbərinə görə, bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə (13 nəfər), Aşağı Oratağ kəndinə 21 ailə (108 nəfər), Heyvalı kəndinə 7 ailə (34 nəfər), Çapar kəndinə 4 ailə (17 nəfər), Həsənriz kəndinə 6 ailə (29 nəfər) köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Ağdərə köç