Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 09:29
Martın 18-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 366 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, həmçinin Xəzər RETSİ-də təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 11:00-dan 13:00-dək Şüvəlan qəsəbəsi Güney Azərbaycan, Hacı Aslan Aslanov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Emil İsmayılov elektrik enerjisi işıq