Rusiyada 25 ildən sonra ilk dəfə neft üzrə yeni dövlət standartı tətbiq ediləcək

Tarix: 18 Mar 2026 09:17

Rusiya Federasiyasının texniki tənzimləmə və metrologiya üzrə agentliyi (“Rosstandart”) 25 ildən sonra ilk dəfə olaraq neft üzrə yeni dövlət standartını (QOST) tətbiq edəcək.

Bu barədə Rusiya mətbuatı “Rosstandart”ın sənədinə istinadən məlumat yayıb.

Məlumata görə, tətbiq olunacaq yeniliklərdən biri neftin dövriyyəsi, tədarükü və daşınması zamanı təhlükəsizliyə təsir edən göstəricilərin dəyişdirilməsidir.

Yeni standart 2027-ci ilin yanvarında qüvvəyə minəcək və 2002-ci ildən qüvvədə olan sənədi əvəz edəcək. Beləliklə, Rusiyada 25 ildən sonra ilk dəfə olaraq neftə dair yeni tələblər tətbiq olunacaq.

Yeni standartda ilk növbədə, neft anlayışının özü yenilənib. Əvvəllər bu xammal “təbii maye halında zəhərli məhsul” kimi başa düşülürdüsə, indi isə “fiziki-kimyəvi tərkibi geniş olan karbohidrogenlərin maye təbii faydalı qarışığı” kimi izah olunur.

Həmçinin neftə dair vahid texniki tələblər müəyyən edilib. Bunlara onun qəbulu, keyfiyyətinə nəzarət, daşınması və sonrakı istifadəsi üçün əsas əhəmiyyət kəsb edən göstəricilər daxildir: suyun, xlorid duzlarının və mexaniki qarışıqların, eləcə də digər maddələrin tərkibi.

Emil İsmayılov Rusiya Rosstandart neft dövlət standartı

Xəbər Lenti