Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 10:07
Bu ilin fevral ayında Azərbaycandan Gürcüstana 3,16 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.
İllik müqayisədə məbləğ 2,28% azalıb. Ötən ay Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,07% təşkil edib.
Fevralda Gürcüstandan Azərbaycana isə 5,30 milyon ABŞ dolları köçürülüb ki, bu da aylıq müqayisədə 14,2% çoxdur.
Hesabat ayında xarici ölkələrdən Gürcüstana köçürülən pul köçürmələrinin həcmi 295,3 milyon ABŞ dolları, Gürcüstandan xaricə göndərilən pul köçürmələrinin həcmi isə 33 milyon ABŞ dollarına bərabər olub.
Azərbaycan Gürcüstan pul köçürmələri