Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 10:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və “Azpetrol” şirkətinin birgə təşkilatçılığı ilə qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar 60 şəhidimizin ailəsi ziyarət olunub.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbinə əbədi yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin rifahının daim diqqət mərkəzində saxlanıldığı, dövlət tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər aparıldığı qeyd edilib.
Belə ziyarətlərin də şəhid qəhrəmanlarımızın ailələrinə ehtiram və minnətdarlığın daha bir ifadəsi olduğu bildirilib.
Ziyarətlər zamanı şəhid ailələrinə bayram sovqatları da təqdim edilib.
APA-Economics Azpetrol DOST şəhid ailələri zi