Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 14:32
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Korona" Mikrokredit Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini dövlət qeydiyyatına alıb.
"APA-Economics" "Vergilər" qəzetinə istinadən xəbər verir ki, şirkətin qanuni təmsilçisi isə Cəfərov Emil Vaqif oğludur.
Qeyd edək ki, “Korona” 2019-cu ildən Rusiyada fəaliyyət göstərən mikrokredit şirkətidir. Şirkət ilkin mərhələdə Mərkəzi Asiya ölkələri vətəndaşları (Qırğızıstan, Özbəkistan, Tacikistan) üçün fəaliyyətə başlayıb, daha sonra xidmət coğrafiyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ermənistan, Belarus və Moldova vətəndaşlarını da əhatə edib.
İlahə Səlimova Korona nümayəndəlik Azərbaycan