Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri - CƏDVƏL

Tarix: 18 Mar 2026 16:40

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5 207 mln. manat olmaqla, əvvəlki ilin göstəricisinə nisbətən 0,3% artıb.

Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 4 536,4 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 0,8% azalma deməkdir.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

Fəaliyyət növlərinin adı

2026-ci ilin yanvar- fevral aylarında istehsal edilib, milyon manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə

Mədənçıxarma sənayesi

5 207

100,3

Xam neft və təbii qaz hasilatı

4 536,4

99,2

Metal filizlərinin hasilatı

157,2

135,2

Mədənçıxarma sənayesinin digər sahələri

32,6

91,4

Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

480,8

120,2

Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 4 331,9 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 6 496,8 mln. kub metr təşkil edib.

Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricisi ilə müqayisədə 3% azalıb, əmtəəlik qaz hasilatı isə 3% artıb.

Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:

Məhsul növləri

2026-cı ilin yanvar- fevral aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.03.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı

Xam neft və təbii qaz hasilatı

Xam neft (qaz kondensatı daxil olmaqla), min ton

4 343,2

97

257,2

ondan əmtəəlik

4 331,9

97

257,2

Təbii qaz, milyon kub metr

8 187,9

102,3

-

ondan əmtəəlik

6 496,8

103

-

Emil İsmayılov Dövlət Statistika Komitəsi neft hasilatı qaz hasilatı neft-qaz sektoru

Xəbər Lenti