Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 16:38
2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 436,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz artıb. İstifadə olunmuş investisiyanın 1 milyard 434 milyon manatı və ya 58,9 faizi məhsul istehsalı sahələrinə, 794,7 milyon manatı (32,6 faizi) xidmət sahələrinə, 207,7 milyon manatı (8,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 781,6 milyon manatını və ya 73,1 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 298,4 milyon manatı və ya 53,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
İlahə Səlimova investisiya iqtisadiyyat