Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 17:38
Azərbaycanda bu ilin yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 271,1 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 47,8 faiz artıb., rezin və plastik kütlə məmulatlarının istehsalı 2,6 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 22,8 faiz azalıb.
Qeyd olunur ki, hesabatd dövründə ölkədə kimya sənayesi məhsullarından polietilen istehsalı 34,1 faiz, etilen istehsalı 31,3 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas çubuqlar, millər və profillər 24,1 faiz, polietilendən kisə və çantalar isə 18,7 faiz azalmışdır.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
Məhsul növləri
2026-cı ilin yanvar- fevral aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.03.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Kimya sənayesi məhsulları
Təsirsiz qazlar, min kub metr
6 919,7
95,6
102,3
ondan azot, min kub metr
3 606,4
97,3
99
Lak-boya məmulatları, ton
5 867,5
116,8
609,3
Qeyri-üzvi kimyəvi maddələr, ton
5 430
2.0 d.
5 780
ondan yod, ton
29,1
99,3
17,7
Üzvi kimyəvi maddələr, min ton
55,3
41,5
33,8
ondan: etilen, min ton
21,1
68,7
1,1
propen (propilen), min ton
21,3
81,0
0,5
metanol (metil spirti), min ton
-
-
15,1
Etil spirti, min dkl
-
-
19,9
Gübrə və azot birləşmələri, min ton
42,9
49,3
15,8
Ondan: karbamid, min ton
42,9
49,3
15,7
İlkin formada plastik kütlə, min ton
42,6
73,6
37,9
ondan polietilen, min ton
19,7
65,9
9,8
Yapışqan və yapışdırıcı maddələr, min ton
24,5
87,2
10,4
Emil İsmayılov Dövlət Statistika Komitəsi kimya sənayesi