Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 17:00
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 824,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 18,4% azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə neft məhsullarından neft koksunun istehsalı 9,8% artıb.
Qeyd olunur ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 9,8%, qazoylların (dizel yanacağının) istehsalı 16,2%, neft bitumu istehsalı 15,9%, ağ neft istehsalı 22,1%, mazut istehsalı isə 70,4% azlıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
Məhsul növləri
2026-cı ilin yanvar- fevral aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.03.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton
233,6
91,2
70,8
Ağ neft, min ton
94,6
77,9
33,2
Qazoyllar (dizel yanacağı), min ton
383,2
83,8
183,4
Mazut, min ton
9,8
29,6
0,9
Sürtkü yağları, min ton
5,2
83,9
1,1
Maye qazlar, min ton
31,3
72,6
2,5
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton
112,5
85,4
56,7
ondan:
neft bitumu, min ton
24,8
84,1
20,2
neft koksu, min ton
41,6
109,8
35,9
Emil İsmayılov Dövlət Statistika Komitəsi neft məhsulları benzin dizel