Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 16:51
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 7 446,4 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 4,8% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 49,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 3412,9 3 682 mln. kubmetr qaz ötürülüb (7,9%-lik artım olub).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma müşahidə olunub. Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 23 143,9 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).
Emil İsmayılov Dövlət Statistika Komitəsi Cənubi Qafqaz boru kəməri Şahdəniz qaz ixracı