Netanyahu Avropa ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırıb

Tarix: 22 Mar 2026 15:48

İsrailin baş naziri Benjamin Netanyahu Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb.

Ynet-in verdiyi məlumata görə, Netanyahu bildirib: “İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır.”

O həmçinin bəzi ölkələrin müharibəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib, lakin həmin ölkələrin adlarını açıqlamayıb.

Netanyahu İsrail İran Avropa Dieqo Qarsiya ballistik raket müharibə geopolitika beynəlxalq təhlükəsizlik çağırış

Xəbər Lenti