Ərbil hava limanı PUA hücumuna məruz qalıb - VİDEO

Ərbil hava limanı PUA hücumuna məruz qalıb - VİDEO

Tarix: 20 Sep 2026 19:38

Bu gün Ərbil hava limanına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Al-Hadath” xəbər verir ki, Ərbildə bir neçə partlayış səsi eşidilib.

Digər mənbələr isə Ərbil hava limanının yaxınlığında güclü partlayış baş verdiyini və bundan sonra havaya tüstü buludlarının qalxdığını bildiriblər.

Bu arada “Reuters” təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, İraqın Kürdüstan Regional Administrasiyasında Ərbil hava limanının yaxınlığında hava hücumundan müdafiə sistemləri bir dronu vurub.

“Al-Ahad” dronun Ərbil hava limanının ətrafını hədəf aldığını yazıb.

© APA | Ərbil hava limanına PUA hücumu

Ərbil hava limanı PUA hücumu PUA

Mənbə: apa.az

Xəbər Lenti